Yalnız ardıcıl və nüfuzlu prezidentlər təhdid və sui-qəsd cəhdləri ilə üzləşirlər.
Bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.
“Görəsən məni niyə vurdular? Bilirsiniz, ancaq güclü prezidentlər güllələnir”, - Tramp bildirib.
O, həmçinin ABŞ prezidenti olmağı təhlükəli iş adlandırıb.
“Prezident olmaq bir az təhlükəlidir. Bu, olduqca qorxuludur, elə deyilmi? Biz təhlükəsizliyi təmin etməliyik”, - respublikaçı bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Floridada Donald Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd orada olarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, Demokratlar və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.