Səhər qəzeti

İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?

Tarix:30-09-2024, 08:18
Baxış Sayı:3

 

Noyabrda ABŞ-də keçiriləcək prezident seçkisi Respublikaçı namizəd Donald Trampın uduzacağı təqdirdə ABŞ üçün sonuncu seçki ola bilər.

Bu barədə amerikalı iş adamı İlon Mask özünün "X" hesabında yazıb.

"Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, heç də demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir", - Mask yazıb.

Mask Demokratların namizədi Kamala Harris prezident seçkisində qalib gələrsə, qeyri-qanuni mühacirlərin gəlməyə davam edəcəyinə, onların tədricən vətəndaşlıq alacaqlarına və növbəti seçkidə səsvermə hüququ qazanacaqlarına inandığını bildirib. Beləliklə, sahibkar hesab edir ki, miqrantların səsini qazanaraq Demokratlar Partiyası dörd ildən sonra rəqabətsiz qalacaq və ABŞ-də yeganə seçki demokratların praymerisi olacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ