Araşdırmalar göstərir ki, satılan kosmetik məhsulların 65 faizində sağlamlıq üçün təhlükəli maddələr var. Məhsulların 76%-i istifadə üçün əks göstərişlər haqqında belə məlumatlara malik deyil.
Kosmetika bazarının kütləvi seqmentinin monitorinqinin nəticələrinə əsasn məlum olub ki, “kosmetik məhsulların 65 faizində zərərli maddələr var”. Bundan əlavə, 76% hallarda, tədqiqatda qeyd edildiyi kimi, istifadə üçün əks göstərişlər haqqında məlumat yoxdur.
Bu arada, parfümeriya və kosmetika məhsullarında istifadəsi qadağan edilən maddələrin siyahısında 1680-ə qədər maddə var. İstifadəsi təsdiqlənmiş siyahıda yalnız 332 maddə var.
Analitiklər müəyyən ediblər ki, hər beşinci məhsul istifadə müddəti bitmiş satılır.
Müəyyən edilmiş pozuntuların nəticələrinə əsasən, kosmetik məhsulların məcburi etiketlənməsini tətbiq etmək tövsiyə olunur.