İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə beş günlük matəm elan edib.
Bu barədə hökumətin məlumatında deyilir.
"İran İslam Respublikası hökuməti sionist rejimin Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir. Bazar günündən bütün ölkədə beş günlük ümummilli matəm elan edilir", - deyə məlumatda bildirilir.