Səhər qəzeti

Netanyahunun 3 mərhələli “Qəzza 2035” planı: Bu ölkələrin üzərinə öhdəlik qoyulur

Tarix:21-09-2024, 21:00
Baxış Sayı:0

 

“İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin ictimaiyyətlə paylaşdığı “Qəzza 2035” planı Fələstinin yaxın tarixini bilənlərə 1998-ci ildə ABŞ-ın himayəsi ilə Qəzzada açılan hava limanının faciəvi aqibətini xatırladıb”.

Bu sözləri türkiyəli jurnalist və yazıçı Taha Kılınç “AA Analysis” üçün yazdığı məqaləsində deyib.

O, məqalədə Netanyahunun 3 addımdan ibarət qeyri-mümkün “Qəzza 2035” planının təfərrüatını izah edib:

“Qəzza hava limanı nümunəsi İsrailin işğalçı administrasiyasının “Fələstin torpaqlarının inkişafı” ilə bağlı bir çox layihələri əslində necə qəbul etdiyinə bir nümunə kimi oxuna bilər.

İsrail rəsmi mənbələrinin açıqlamasına görə, Qəzzanın iqtisadi cəhətdən inkişaf etdirilməsi və bölgəyə tam inteqrasiyası ideyasına əsaslanan “Qəzza 2035” planı 3 addımdan ibarətdir.

İlk addım 12 ay ərzində “Həmasdan təmizlənəcək ərazilərdə” mülki şəxslərə humanitar yardım göstərməkdir.

İkinci addım Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Bəhreyn, İordaniya və Mərakeş kimi ölkələrin koalisiyasının Qəzzanın yenidən qurulması və reabilitasiyasını öz üzərinə götürməsidir.

Üçüncü addım isə bütün bu proseslərin nəticəsi olaraq Qəzzada müstəqil administrasiyanın yaradılmasıdır”.

Planın təfərrüatında "Qəzza xalqının radikallaşmadan çıxarılması üçün həyata keçiriləcək işlər" kimi başlıqlar var:

“Bu planın həyata keçirilməsi və uğur qazanma şansı yoxdur. Çünki İsrail administrasiyasının “radikalizm” olaraq təyin etdiyi çərçivədə işğala qarşı müqavimət əsas dayağı təşkil edir.

İşğala son qoyulmayınca, Fələstin xalqı layiqli həyat səviyyəsinə çatdırılmayınca, soyqırım cinayətində əli olan bütün israillilər ədalət qarşısında cavab vermədikcə, “radikalizm” bitməyəcək. HƏMAS-ı bitirmək təkcə bomba və silahla mümkün olmayacaq.

Bəzi ərəb dövlətlərini Qəzzanın inkişafı tənliyinə daxil etmək və dəvət etmək bu hökumətləri öz xalqlarının gözündə zəiflətməyə xidmət edəcək”.

Digər xəbərlər
XƏBƏR LENTİ