Qərargahı ABŞ-da yerləşən Birlik Fondunun hesabatına əsasən, Birləşmiş Ştatlar inkişaf etmiş 10 ölkə arasında ən pis səhiyyəyə malik ölkə kimi qiymətləndirilib.
ABŞ-ın səhiyyə sistemi Avstraliya, Kanada, Fransa, Almaniya, Niderland, Yeni Zelandiya, İngiltərə, İsveç və İsveçrənin səhiyyə sistemi ilə müqayisə edilib.
ABŞ özü də daxil olmaqla 10 inkişaf etmiş ölkə arasında ən pis səhiyyəyə malik ölkə kimi müəyyən edilib. Amerikalılar digər ölkələrlə müqayisədə səhiyyəyə təxminən iki dəfə çox pul ödəsələr də, ABŞ-ın səhiyyə sistemi tibbi bərabərlik və nəticələr baxımından zəifdir.
Qarşıdan gələn prezident seçkiləri öncəsi Demokratların namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp səhiyyə sahəsində əhəmiyyətli islahatlar təklif etməyiblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının "sağlamlığın səmərəliliyi" 2016 reytinqində ABŞ 191 ölkə arasında 37-ci yerdə qərarlaşıb.