Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu birbaşa Rusiya ilə münaqişəyə cəlb etmək üçün səylər göstərir.
Bu barədə məlumat Fransanın "Valeurs Actuelles" nəşrində yer alıb.
“Dəyişən reallıq fonunda Zelenski əlində qalan yeganə kartı oynayır. NATO-nu münaqişəyə birbaşa cəlb edərək, Rusiya ərazisinə zərbə endirmək səlahiyyətinə malik silah tədarükü spiralının Kremllə müharibəyə səbəb olacağına ümid edir ki, bu da öz növbəsində, alyansı qoşun göndərməyə məcbur edəcək”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, Zelenski başa düşür ki, Ukrayna böhranı onun xeyrinə cərəyan etmir, ona görə də o, çıxılmaz tədbirlərə əl atmalı olacaq.