Səhər qəzeti

Şuşada 33 ildən sonra ilk zəng çalındı

Tarix:16-09-2024, 09:38
Baxış Sayı:2

 

Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 şagird yerlik, 5 blok 3 mərtəbəlidir. Müasir tələblər səviyyəsində inşa edilən məktəb hər biri 24 şagird olmaqla 40 sinif otağından ibarətdir.

Bu gün yeni tədris ilində Şuşa şəhərində 113 şagird öz təhsilinə başlayır. Şagirdlərin təhsili 18 müəllim heyəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya növbəti mərhələdə əhalinin köçürülməsinə məktəbdə şagirdə və müəllim sayıda artacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ