Səhər qəzeti

Bu həblərin qəbulu böyrəklərinizi... - Həkim ciddi təhlükədən xəbər verir

Tarix:Bu gün, 15:27
Baxış Sayı:0

 

C vitamininin tez-tez və artıq qəbulu gözlənilməz təhlükə yarada bilər.

Bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalında açıqlayıb.

Onun sözlərinə görə, insanlar soyuqdəymə zamanı C vitamini həbləri qəbul edir. Həkim bir neçə gün vitamin qəbul etməyin təhlükəsiz olduğunu vurğulayıb.

"Ancaq hansısa bir orqanı gücləndirmək üçün C vitaminini diri-diri udsanız, o, gedib böyrəklərinizdə çöküntü halında yığıla bilər. Ona görə da bu vitamin az-az qəbul olunmalıdır", - deyə Myasnikov mümkün risk barədə xəbərdarlıq edib.

O əlavə edib ki, normal dozalarda C vitamini sağlamlıq üçün təhlükəsizdir.

Digər xəbərlər
XƏBƏR LENTİ