Səhər qəzeti

Ərdoğandan Ukrayna və Rusiyaya ÇAĞIRIŞ

Tarix:Bu gün, 18:16
Baxış Sayı:0

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı sülh danışıqlarına çağırıb.

Ərdoğan bu çağırışı Nazirlər Kabinetinin iclasında etdiyi çıxış zamanı səsləndirib.

"Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə olaraq danışıqlara töhfə verməyə hazırıq. Danışıqlara ev sahibliyi etmək bizim üçün məmnuniyyət olar. Son təmaslar yeni fürsət pəncərəsinin açıldığını göstərir. Ümid edirəm ki, bu fürsət bu dəfə əldən verilməz", - deyə o bildirib.

Prezident həmçinin xatırladıb ki, 2022-ci ilin mart ayında tərəflər sülhə çox yaxın olsalar da, bəzi xarici müdaxilələr bu prosesin baş tutmasına mane olub.

Digər xəbərlər
XƏBƏR LENTİ