Səhər qəzeti

İstanbulda Rusiya-Ukrayna danışıqlarının formatı - Türkiyə açıqladı

Tarix:Bu gün, 12:42
Baxış Sayı:3

 

Mayın 15-də İstanbulda mümkün Rusiya-Ukrayna danışıqları böyük ehtimalla nümayəndələr səviyyəsində baş tutacaq. Eyni zamanda, Ukrayna lideri Vladimir Zelenski hələ də Moskva ilə sülh danışıqlarını qadağan edən qanunu ləğv etməyib.

Bunu türkiyəli politoloq Engin Özer “RİA Novosti”yə bildirib.

"Danışıqların diqqətdən kənarda qalan mühüm cəhətlərindən biri Ukraynanın hələ də sülh danışıqlarını qadağan edən qanunu ləğv etməməsidir", - analitik qeyd edib.

Özerin sözlərinə görə, Zelenskinin mayın 15-də Rusiya prezidenti Vladimir Putini İstanbula dəvət etməsi diplomatik manevr kimi qəbul edilir. Ekspert Türkiyənin danışıqlarda mühüm rol oynaya biləcəyini də xatırladıb. Özər əlavə edib ki , Türkiyə tərəfinin danışıqlarda ciddi təcrübəsi və tərəflərin Ankaraya etimadı bu proses üçün çox vacib amillərdir.

Digər xəbərlər
XƏBƏR LENTİ