Səhər qəzeti

Tramp mayın 15-də İstanbula gələcək? – Türkiyədən açıqlama

Tarix:Bu gün, 12:43
Baxış Sayı:1

 

Türkiyə tərəfinin ABŞ prezidenti Donald Trampın mayın 15-də Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula gəlmək planları barədə məlumatı yoxdur.

Bu barədə diplomatik mənbə “RİA Novosti”yə bildirib .

Tramp bazar ertəsi bildirib ki, cümə axşamı İstanbula uçmağı düşünür. Orada həmin gün Rusiya və Ukrayna rəsmiləri arasında görüş keçirilə bilər.

"Belə bir məlumat yoxdur, daha yaxşı olar ki, Amerika tərəfindən ABŞ prezidentinin planları barədə soruşsun", - agentliyin mənbəsi bildirib.

Rusiya prezidenti bundan əvvəl Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. Rusiya dövlətinin başçısı müvafiq danışıqlar zamanı tərəflərin atəşkəslə bağlı razılığa gələ biləcəyini istisna etməyib.

Digər xəbərlər
XƏBƏR LENTİ