Türkiyədə ard-arda baş verən zəlzələlərdən sonra seysmoloq Naci Görür Amasya bölgəsindəki fay xətti ilə bağlı xəbərdarlıq edib.
Görür zəlzələ ilə birlikdə yaşanan güclü təkrar təkanlara diqqət çəkib.
O, zəlzələlərin bölgədəki Merzifon-Esençay fay zonası və Diphacı fay xəttində meydana gəldiyini söyləyib:
“Amasyanın Çetmi-Gümüşhacıköy bölgəsində 4,6 və 4,5 bal gücündə zəlzələ olub. Zəlzələlərin baş verdiyi bu fay xəttləri yeddi bal gücündə zəlzələlərə səbəb ola bilər”.
Qeyd edək ki, son günlərdə baş verən zələzələlər səbəbindən Türkiyənin bəzi bölgələrində təhsil dayandırılıb.