İranın müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
Məlumata görə, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzəgara Rusiyaya raketlərin tədarükü ilə bağlı sərt xəbərdarlıq edilib.
Ukrayna tərəfinin dərin narahatlığı ifadə edilib. Bildirilib ki, Rusiyanın ballistik raketlərlə təmin edilməsi barədə məlumatın təsdiqlənərsə, bu, Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı və bərpa olunmaz nəticələnəcək.
Xatırladaq ki, KİV-lər Rusiyanın İrandan qısamənzilli ballistik raketlər aldığını yazıb. İran bu məlumatları təkzib edir. Buna baxmayaraq, Aİ-də bildirilib ki, faktı təsdiqləyən kəşfiyyat məlumatları var.