I Qarabağ Müharibəsində itkin düşmüş Qəbələ rayon Qəmərvan kənd sakini Səfərov Asim Nadir oğlunun Qəmərvan kəndinə 1- çi il dönümü qeyd olundu.
Tədbirdə Qəbələ şəhid ailələri, Qəmərvan kənd sakinləri, ilahiyyatçılar ,yaxınları, ailə üzvləri iştirak etmişdir.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhid ailələri çıxış edərək şəhidin yaxınlarına başsağlığı vermişdir.
Allah rəhmət eləsin şəhidlərimizə
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova