Bu yaxınlarda Parisdə saxlanılan “Telegram”ın həmtəsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Mən bir dəfə onu 2015-ci və ya 2016-cı ildə görüşə çağırdım. Ona dedim: bax, sən başa düşürsən ki, terrorçular bütün bunlardan istifadə edə bilər. O isə cavab verdi ki, mən bunu heç vaxt heç kimə verməyəcəyəm!”, - deyə Medvedev qeyd edib.
Bununla belə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, güclü təzyiq olacağı təqdirdə Durov şifrələmə açarlarının Fransa kəşfiyyat xidmətlərinə verilməsiylə razılaşa bilər.
Medvedev hesab edir ki, Fransa hakimiyyəti gec-tez “Telegram”ın həmtəsisçisini azad etməli olacaq: “Onun azad ediləcəyinə şübhə etmirəm. Çünki Fransa prezidenti Emmanuel Makron buna görə məsuliyyəti və mənfi reaksiyanı öz üzərinə götürmək istəməyəcək”.