Səhər qəzeti

Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT

Tarix:Dünən, 20:44
Baxış Sayı:0

 

Alkoqol bütün bədən sisteminin fəaliyyətini pozur.

Bunu diyetoloq Kara Şou deyib.

O, spirtli içki qəbul etdikdən sonra tez ayılmağa kömək edəcək səhər yeməyini məsləhət görüb.

Şou, aclıq hiss etdiyiniz zaman günün ilk yeməyinin iki əsas funksiyaya xidmət etməli olduğuna diqqət çəkib:

- qan şəkərinin səviyyəsini aşağı salmaq

- alkoqolun parçalanması ilə həddindən artıq yüklənmiş qaraciyəri dəstəkləmək.

Həkim hesab edir ki, bu məqsədlər üçün amin turşuları, B vitaminləri və zülalla zəngin qidalar lazımdır.

Diyetoloqa görə, ən yaxşı səhər yeməyi istənilən şəkildə bişirilmiş üç yumurta, zeytun yağında qızardılmış göbələk, yarım avokado, pomidor və feta pendiri olardı. O, feta və yumurtanın bədəni proteinlə təmin edəcəyini və güc verəcəyini deyib. Bundan əlavə, yumurtanın tərkibində qaraciyər funksiyası üçün faydalı olan xolin var.

Kara Şou əlavə edib ki, tərəvəz intoksikasiya əlamətlərinin öhdəsindən daha tez gələcək. O bildirib ki, avokado kalium və E vitamini mənbəyidir, göbələklərdə B vitaminləri var, pomidor isə bişmiş halda iltihab əleyhinə təsir göstərir.

Şou onu da qeyd edib ki, belə yüngül səhər yeməyini oyandıqdan dərhal sonra yemək olmaz. O, pivə, şirin kokteyllər və digər spirtli içkilərdən sonra yüksələn qlükoza səviyyəsini normallaşdırmaq üçün təxminən 90 dəqiqə gözləməyi məsləhət görüb.


Digər xəbərlər
XƏBƏR LENTİ