Səhər qəzeti

Suraxanı rayonunda Ulu Öndərin 102 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Tarix:Bu gün, 15:11
Baxış Sayı:1


 

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "El Pəhləvanları"İctimai Birliyi və SƏS Media Qrupun təşkilatçılığı ilə açıq havada tədbir keçirilib. Tədbir Suraxanı rayon İcra Hakimiyyətinin ərazisində keçirilib. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Ulu Öndərin doğum gününün silsilə tədbirlərlə davam etdiyini bildirib.

"El Pəhləvanları" İctimai Birliyinin başçısı Nurəddin Beyləqanlı çıxış edərək SƏS Media Qrupuna və İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

"El Pəhləvanları" idman klubu İctimai Birliyinin sədri el pəhləvanı Nurəddin Beyləqanlı bir-birindən çətin pəhləvanlıq nümunələri sərgiləyib.

Həmçinin digər pəhləvanlar da müxtəlif pəhləvanlıq nümunələri sərgiləyiblər.

Tədbir boyunca müğənni Lalə Quliyeva vətənpərvərlik musiqiləri səsləndirib.

 





Digər xəbərlər
XƏBƏR LENTİ