Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.
Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magazin Bahane" adlı YouTube layihəsinin aparıcıları Gökay Kalaycıoğlu və Hakan Solaker təsdiqləyib.
Həkimi Bingür Sönmezin qərarı ilə Özcan Deniz səhhəti ilə əlaqədar fəaliyyətinə müvəqqəti ara verəcək. Əməliyyatdan sonra o, qısa müddətdə xəstəxanadan evə buraxıla bilər.
Xatırladaq ki, Özcan Deniz ailədaxili problemlər səbəbilə infarkt keçirmişdi.