Tədbirdə məktəbin direktoru Ədilə Əliyeva, müəllim şagird kollektivi, şəhid ailələri, yazarlar , təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sağlırdlər , şeirlər söyləmis ,kompazisiya nümayiş etdirmişdir.
Şəhid Ağaşirin Babayevin haqqında geniş məlumat vermişlər,onun haqqında müəllimləri geniş söhbət açmışdir
. Agdaşirin Bayev haqqında kiçik videoçarx nümayiş olunmuşdur.
Şəhidin valideynləri məktəb şagirdlərinə , müəllim kollektivinə minnətdarlığını bildirmişdir
Babayev Ağaşirin 2001 ci il 16 mayda Qəbələ rayonu Qəmərvan kəndində anadan olub. Orta təhsilini 2007- 2018 ci illərdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbində alıb. 2019 cu ildə həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini davam etdirən zaman 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 3 noyabrda Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 18 noyabrda müqəddəs nəşi ailəsinə təhvil verilib. 2020 ci il 19 noyabrda Qəbələ şəhər qəbristanlığında dəfn olunub.
Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri
Təranə Alməmmədova