Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.
Bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.
O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.
“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, - erməni siyasətçi deyib.
İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı olduğu deyilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan 17 maddəlik sülh sazişi mətnini razılaşdırdıqdan sonra Prezident İlham Əliyev daha iki tələbi – Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsi – irəli sürüb.