Səhər qəzeti

Türkiyə təhlükə ilə üz- üzə - 4 milyon insan ölə bilər

Tarix:6-01-2025, 11:56
Baxış Sayı:0

 

İstanbulda baş verə biləcək güclü zəlzələ nəticəsində 4 milyona yaxın insanın həyatını itirəcəyi proqnozlaşdırılır.

Bu məlumatı Türkiyənin aparıcı seysmoloqu Naci Görür açıqlamasında bildirib.

İstanbulun 16 milyon əhalisinin yaşadığı Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələnin nəticələrinin çox dağıdıcı olacağı vurğulanıb. Görür şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edərək, "Zəlzələ bizi yıxacaq, zarafat etmirəm. Əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək" - deyib.

Alim son 10 ildə Mərmərə dənizi bölgəsində tektonik qırılmaların tədqiq edildiyini, lakin bu vəziyyətin ciddi təhlükə yaratdığını qeyd edib.


Digər xəbərlər
XƏBƏR LENTİ