Səhər qəzeti

Suriya XİN-dən QARABAĞ AÇIQLAMASI: "Əhəmiyyətli hadisədir"

Tarix:29-12-2024, 22:07
Baxış Sayı:0

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisədir.

Bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani nazir müavini Yalçın Rəfiyevlə görüşündə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib.

Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ