AZAL-ın Bakı-Qroznı reysi üzrə hərəkət edən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması səbəbindən dekabrın 28-də Çeçenistanda matəm elan edilib.
Bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.
Bildirilib ki, qeyd olunan gün Rusiya və Çeçenistan bayraqları yarıya endiriləcək. Televiziya və radio şirkətlərinə, mədəniyyət qurumlarına əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunub.