Səhər qəzeti

Damarları yağlı qidalardan qorumaq üçün nə içək?

Tarix:Bu gün, 09:26
Baxış Sayı:1

 

Yağlı qida və stress damarları sıradan çıxaran səbəblərdir. İnsanlar yağlı qida yedikcə damarlarının ömrünü azaldır. Sonradan isə damarları açmaq üçün çarələr axtarır.

Yeni elmi araşdırma damarları stress və zərərli qidadan yağlanmadan necə qorumağı tapmaq üçün aparılıb.

İnsanlar daha çox həyəcan, stress zamanı normadan artıq yeyir, zərərli qidalara üz tutur.

Birmingem Universitetinin alimləri sübut edib ki, yüksək yağlı qidalar beyin damarlarını da sıxır və qanın çatdırılmasını əngəlləyir. Bu zaman damarların köməyinə sovet dövrünün sevimli içkisi kakao gələ bilər. Baxmayaraq ki, o özü də kalorili qidadır, tərkibində olan flavanollar damarları stress zamanı qoruyur.

Belə ki, yağlı qidalar yeyən, stresdə olan insan çay, qəhvə yox, kakao içərsə, bu zərəri neytrallaşdıra bilər.

Flavanollar meyvə, çay, şokolad, qoz və giləmeyvələrdə olan faydalı birləşmədir. Onlar təzyiqi normallaşdırır, ürək-damar sistemini qoruyur.


Digər xəbərlər
XƏBƏR LENTİ