Səhər qəzeti

Qol saatları haqqında bilmədiklərimiz

Tarix:Bu gün, 09:24
Baxış Sayı:2

 

Qol saatları haqqında bilmədikləriniz

 Saatlar, günümüzün hər anını təmsil edir. Müəyyən mənada saatlarla yaşayırıq. Keçmişdən bu günə qədər gələn və hər daim yanımızda olan tarixi bir əsər sayılan saatlar, minlərlə il davam edən araşdırmaların və inkişafın nəticəsində demək olar ki, bu gün ideal formasını aldı. Saatı hər zaman qolumuzda gəzdiririk və ya evimizdə divar saatlarından istifadə edirik. Bəs brend saatları necə əldə edə bilərik? Saatları internetdən sifariş etmək düzgündürmü? Saat seçərkən nələrə diqqət etmək lazımdır? Hansı saytlardan brend saatlar sifariş etmək olar? Saatlar haqqında nələri bilmirik?

 Texnologiyanın həyatımızın hər sahəsində üstünlük təşkil etdiyi son dövrlərdə, onlayn alış-veriş heç olmadığı qədər populyarlaşdı. Bəyəndiyimiz və ehtiyacımız olan hər şeyi bir kliklə əldə etmək artıq çox rahatdır. Təbii ki, onlayn alış-verişin bəzi incəlikləri var. Nə sifariş edəcəyinizi, hansı xüsusiyyətlərə baxacağınızı bilmirsizsə, yalnış almaq ehtimalınız yüksəkdir. Xüsusilə də, brend saat həvəskarlarının internetdən saat sifariş etməklə əlaqəli bəzi narahatlıqlarının olduğunu bilirik.

Əvvəlcə mexanizmi nəzərdən keçirin!

İnternetdən özünüzə ən uyğun brend saatı seçmək üçün, əvvəlcə hansı növ saat istədiyinizi qərarlaşdırmalısınız. Qol saatın seçəndə isə birinci mexanizmin növünü dəqiqləşdirin. Qol saatlarında 2 növ mexanizm var: Mexanik və kvars. Kvars saatlar bildiyiniz kimi mexanizm tərəfindən tələb olunan hərəkət enerjisini batareya ilə təmin edir. Enerjini batareyadan alaraq çarxlara bərabər səviyyədə ötürən kvars kristalı saatların fasiləsiz işləməsini təmin edir. Mexanik saatlar isə tələb olunan hərəkət enerjisini qolunuzun hərəkətindən alaraq özü istehsal edir. Mürəkkəb quruluşları və texnologiya səbəbindən bu tip saatlar çox bahalıdır. Saatı uzun müddət istifadə etmədikdə saatınız lazımlı olan enerjini ala bilmədiyi üçün geri qalır və onu təkrar tənzimləməli olursunuz.

Biləyinizə görə ən uyğun ölçünü təyin edin!

Saatın qolumuza uyğun olduğunu taxmadan necə bilmək olar? İnternetdən onlayn alış-veriş edərkən ağla ilk gələn sual budur. Saat alarkən qolunuza saatın çox böyük olmağını istəmirsinizsə, biləyinizi ölçməlisiniz. Onlayn alış-veriş edəcəyiniz saytlarda saat haqqında xüsusiyyətləri oxuyaraq qolunuzun ölçüsünə uyğun düzgün saatı tapa bilərsiniz.

Tərzinizi müəyyənləşdirin!

İdman, xüsusi bir dəvət, iş yerində görüş, toy, məzuniyyət mərasimi və s. Bu qədər seçim arasında, həyatınızın hər tərəfində və hər anında stilinizə uyğun qol saatı seçmək çox çətindir. Saatınızın tərzinə qərar verərkən onu ən çox harada və hansı geyimlərlə istifadə edəcəyinizi düşünməlisiniz. Məsələn, klassik saatlar yığıncaqlardan gündəlik həyata, kostyumlardan t-shirt- ə qədər hər geyimlə istifadə edilə bilər. Zamansız, zərif və sadə bir saat axtarırısınızsa klassik saatlar sizin üçün əvəzedilməzdir. İdman tərzində geyinirsizsə və çətin şərtlərə tab gətirə biləcək bir saat lazımdırsa, bir çox funksiyaya sahib davamlı və dinamik rəqəmsal saatları sifariş edə bilərsiniz.

İndi biraz saatlar haqqında maraqlı məlumatlardan yazaq.

  1. İlk qol saatı. Bu gün daha çox kişilər üçün önəmli aksessuar sayılan qol saatları, tarixdə ilk dəfə qadınlar üçün istehsal edilmişdi. Birinci Dünya müharibəsindən əvvəl kişilər cib saatlarından istifadə etdiyi üçün qol saatları qadınlar üçün hazırlanmışdı.

  2. Gülümsəyən üz ifadəsi. Saat mağazalarında nümayiş olunan saatlar adətən ya 10:10 ya da 1:10 – u göstərir. Bunun səbəbi isə, əqrəblərin saatları göstərərkən gülümsəyən üz ifadəsinə bənzəməsidir. Bu özü də bilmədən müştərinin əhvalını yüksəldir və müsbət bir alış-veriş etməyə kömək edir.

  3. Kosmosa gedən ilk saat. Məşhur kosmonavt Yuri Qaqarinin naviqator saatı, tarixdə “kosmosa gedən ilk saat” olaraq bilinir.

  4. Saatın sol qola taxılmasının səbəbi. Saatlar həmişə sol biləyə taxılır. Bunun səbəbi isə çox sadədir. Çünki dünyada insanların çox hissəsi sağ əlindən istifadə edir.

Digər xəbərlər
XƏBƏR LENTİ