Doğru ətiri necə seçmək olar?
Ətir almaq üçün ən düzgün vaxt səhər saatları hesab olunur. Belə ki, səhər saatlarında insanın qoxu hiss etmə duyğusu aktiv olur və gündəlik hiss olunucaq qoxular hələ havaya qarışmamış olur.
Bir neçə (2-3) fərqli ətiri iylədikdən sonra ətirlərin qoxularını ayırd etməkdə çətinlik yaranır. Bu səbəbdən ekspertlərin fikrincə qoxu təmzimləmənin ən yaxşı yolu təzə qəhvə iyləməkdir. Qəhvə aroması özündən əvvəlki bütün ətir qoxularını yox edərək sizin növbəti seçiminizi asanlaşdırır.
Ətir nə zaman və necə istifadə edilməli?
Ekspertlərin fikrincə ətirin ən düzgün istifadə edilmə zamanı duş sonrasıdır. Bu zaman bədənin istiliyi, qan dövranının sürətli getməsi nəticəsində ətirin qoxusunu daha qalıcı bir şəkildə dəriyə alınmasını təmin edir.
Əl biləklərinə sürtülən ətirin molekulları isə, ovuştarmanın nəticəsində zərər gördüyü üçün qoxu qalıcılığı funksiyasını itirir.
Ətirin ən qalıcı olduğu bədən bölgələri hansılardı?
Qoxunun ən uzun qalıcılığı olan bədən bölgələri gicgahlar, sinə nahiyəsi və biləklərdir. Bədənin gicgah, sinə və bilək nahiyələri qan damarlarının dəriyə ən yaxın olduğu bölgələrdir və bu bölgələrdə istilik daha yüksək olur, bu səbəbdən ətir dəriyə daha tez hopur və ətirin qalıcılığı daha uzun sürür.
Ətir saxlamaq üçün ən uğun yer haradır?
Əksər insanların sevdiyi vanna otağında ətirlərin saxlanılması yalnış fikirdir. İşıqlı, isti, eyni zamanda nəmli olan vanna otağı ətiri saxlamaq üçün səhv yerdir və ətirin burda saxlanılması, ətirin ömrünü azaldır.
Ətiri saxlamaq üçün ən uyğun yer sərin, nəmsiz və qaranlıq mühitdir, məsələn ətiri şkafda və yaxud çəkməcədə saxlaya bilərsiniz. Hətta bəzi ekspertlərin fikrincə, soyuducular ətiri saxlamaq üçün ən ideal yerdir.
Qoxuları qarışdıra bilərikmi?
Bir neçə qoxunun eyni zamanda istifadə olunması, uyğunsuzluq yaranmasına səbəb ola bilər. Hər bir ətrin özünəməxsus funksiyası var. Bununla əlaqədar olaraq bir neçə ətirin eyni zamanda qoxusuna baxmaq zərər yarada və ortaya xoş olmayan qoxularda çıxarda bilər. Ətirləri qarışdırıb istifadə etmək istədiyimiz zaman, heç olmasa eyni qoxu ailəsindən olan ətirləri qarışdırıb istifadə etməliyik.
Nə üçün ətirlər müxtəlif şəxslərdə fərqli qoxular verir?
Ətirlər atomatik yağ, spirt və suyun qarışığı ilə meydana gəldiyi üçün, bu yağlar cildlə təmasda olarkən hər bədən tipinə görə fərqli reaksiya verir. Ətirlər bir bədən ilə zəif, digər bədən ilə güclü reaksiyaya girdiyi üçün, fərqli şəkildə qoxular verməsinə səbəb olur.
Gün ərzində ətiri dəyişdirmək olarmı?
Ətiri dəyişdirmək üçün duş qəbul etmək yanlış bir fikirdir. Duş almaq ətiri dəyişdirmək üçün vacib deyil. Qoxular təqribən 4 saat ərzində öz funksiyalarını itirir və bu müddətdən sonar başqa qoxu istifadə etməyin heç bir qoxusu yoxdur.
Hansı qoxu nə zaman və necə istifadə edilməli?
Oryantal ağır qoxular gecələr xoş olsada, hər hansı bir iş görüşməsi üçün çox tünd və yaxud çox ağır ola bilər. Başqa sözlə desək, günə nə qədər erkən başlasaq, ətiri də bir o qədər yüngül istifadə etməliyik. Günün irəliləyən saatlarında, xüsusəndə gecə vaxtı ağır qoxulu ətirlərdən istifadə etmək olar.
Bir qoxunun qalıcılıq müddəti nə qədərdir?
Bir ətirin spirt tərkibi nə qədər çox olursa, qalıcılıq müddətidə bir o qədər uzun olur. Saf bir ətirin qoxu konsentrasiyası yüksək, lakin spirt nisbəti aşağı olduğu üçün öz funksiyasını tez itirir. Bu səbəbdən bu tip ətirləri ən gec 6 ay ərzidə istifadə edib, bitirmək lazımdır. Əgər ətirin qoxusu və rəngi dəyişibsə, artıq ətir öz funksiyasını itirib. Belə olduğu təqdirdə o ətiri atmaq lazımdır.
Ətirin bədəndəki qalıcılığı hansı yol ilə təmin edilər?
Ətirin qalıcılığı dərinin xüsusiyyəti ilə yaxından əlaqəli olduğu üçün, quru cildlər qoxunun aromatik tərkibini, yağlı cildlər qədər yaxşı mühafizə edə bilmir. Bu səbəbdən hər hansı bir ətiri sınayarkən, dərinin kiçik bir bölgəsinə yüngül yağlı vı qoxusuz bədən lasyonu sürüb, ətiri bu lasyonun üzərinə sıxmaq lazımdır.