Səhər qəzeti

Soyuducuda xarab olan qidalar - SİYAHI

Tarix:Dünən, 21:03
Baxış Sayı:1

 

Bəzi qidaları soyuducuda saxlamaq məsləhət deyil. Çünki bu zaman onların dadı pisləşir.

Bu çağırışla qidalanma mütəxəssisi Amparo Qamero "Gloucestershire Live"də çıxış edib.

Onun fikrincə, sarımsaq soyuqda tez cücərdiyi üçün onu soyuducuda saxlamaq məsləhət görülmür.

“Rəf ömrünü uzatmaq üçün soyulmuş sarımsaq dişlərini zeytun yağına batırıb möhkəm bağlanmış şüşə qabda saxlamaq olar. Onlar həmçinin dondurulmuş, bütöv və ya dilimlənmiş ola bilər”, - deyə qidalanma mütəxəssisi izah edib.

Bundan əlavə, mütəxəssis çörəyi də soyuducuda saxlamamağı tövsiyə edib. Çünki soyuqda o da dadını və quruluşunu itirir. Şokoladın isə kəskin temperatur dəyişikliyi səbəbindən toxuması dəyişir.

Qamero onu da qeyd edib ki, yetişməmiş bananları soyuducuya qoysanız, bərk və dadsız ola bilər. Nəhayət, qəhvə soyuducuda saxlanılmamalıdır, çünki o, nəmliyi udur və aromasını, dadını itirir.

Digər xəbərlər
XƏBƏR LENTİ