Səhər qəzeti

Aİ hesabatında Türkiyə detalı: İnflyasiya azalacaq?

Tarix:16-11-2024, 21:47
Baxış Sayı:1

 

Avropa İttifaqı Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.

 Türkiyədə inflyasiyanın azalması davam edəcək. Ciddi siyasət mövqeyi daxili tələbata təsir edəcək. Türkiyə iqtisadiyyatı 2024-cü ildə 3 faiz artacaq.

Hesabatda zəlzələ ilə bağlı xərclərin azalmasıyla dövlət kəsirinin azalacağı, dövlət borcunun isə orta səviyyədə qalacağı bildirilib.

Hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,2, 2026-cı ildə isə 4 faiz artacağı proqnozlaşdırılıb.

Son hesabatla Aİ-nin 2024 və 2025-ci il üçün artım proqnozları 0,1 faiz aşağıya doğru yenidən nəzərdən keçirilib. Avrozona üçün 2024-cü il üçün artım proqnozu sabit saxlanılsa da, 2025-ci il üçün 0,1 faiz azaldılıb.

Hesabatda bu il Aİ-də inflyasiyanın 2,6 faiz, Avropada 2,4 faiz, 2025-ci ildə isə inflyasiyanın Aİ-də 2,4 faiz, Avropada 2,1 faiz, olacağı gözlənilir.

Digər xəbərlər
XƏBƏR LENTİ