Səhər qəzeti

ABŞ ordusunun təlimlərində Rusiya helikopteri - Əsl məqsəd GİZLƏDİLİR

Tarix:16-10-2024, 09:11
Baxış Sayı:3

 

ABŞ ordusunun hərbi təlimləri zamanı Rusiya istehsalı olan "Mi-17" helikopterindən istifadə edilib.

Bu barədə "RİA Novosti"yə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı məlumat verib.

"Söhbət yalnız məşqlərdən gedir. Təhlükəsizlik maraqlarına görə onların mahiyyətini açıqlaya bilmirik", - mənbə bildirib.

Komandanlıq təlimlər zamanı nə üçün Rusiya helikopterindən istifadə etdiklərini açıqlamayıb.

Qeyd edək ki, sentyabrın 26-da ABŞ-ın Yaponiya ilə birlikdə irimiqyaslı hərbi təlimlər keçirəcəyi məlum olub.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə özünümüdafiə qüvvələrinin, eləcə də ABŞ silahlı qüvvələrinin hərbi bazalarından istifadə olunacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ