Səhər qəzeti

Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib

Tarix:Bu gün, 14:13
Baxış Sayı:0

 

2024-cü ilin mart ayından bəri Rusiya Şimali Koreyaya bir milyon bareldən çox neft tədarük edib.

Bunu hərbi dəstəyə görə ödənildiyi ehtimal edilir.

Bu barədə BBC Britaniyanın “Open Source Center” tədqiqat mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

Aparılan peyk görüntülərinin təhlilinə əsasən, Şimali Koreya tankerləri 2024-cü ilin martından noyabr ayına qədər Uzaq Şərqdəki Rusiya neft terminalı ilə Şimali Koreya limanları arasında 43 səfər edib. Bütün gəmilər Rusiyaya boş gəlib və neftlə dolu geri dönüb.

Aparıcı ekspertlər və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi BBC-yə bildiriblər ki, onların fikrincə, Moskva bu neftlə Şimali Koreyanın Rusiyaya göndərdiyi silah və əsgərlərin əvəzini ödəyir.

Digər xəbərlər
XƏBƏR LENTİ