Ukrayna Prezidenti Vladimir Zelenski incəsənət, mədəniyyət xadimləri, siyasətçilər və idmançılar olmaqla ümumilikdə 34 nəfəri dövlət mükafatlarından məhrum edən fərman imzalayıb.
Siyahıya daxil olanlar arasında Xalq artistləri Filipp Kirkorov və Nikolay Baskov, eləcə də müğənnilər Taisiya Povaliy və Aleksandr Malinin, bəstəkar İqor Krutoy, skripkaçı və dirijor Vladimir Spivakov, futbol məşqçisi Anatoli Timoşçuk və başqaları da var.
Qeyd edək ki, onlar vətən xaini elan ediliblər.