İstanbulda spirtli içki və siqaret satışı ilə məşğul olan müəssisələrə yanvarın 1-dək təhlükəsizlik kameraları quraşdırılacaq.
Video yazıları ən azı 30 gün arxivləşdirilə bilən yaddaş xüsusiyyətinə malik olacaq.
Bu addım uşaqları alkoqol, siqaret və digər zərərli vərdişlərdən qorumaq məqsədilə atılır.
Kamera sistemi satış sahəsini, bütün giriş-çıxış nöqtələrini və əgər varsa, dayanacağı müxtəlif bucaqlardan qeyd edə biləcək şəkildə yerləşdirilməlidir.
Bundan əlavə, quraşdırılmış sistemin sifətin tanınması texnologiyasına uyğun olması və buna uyğun konfiqurasiya edilməsi məcburi olacaq.
Quraşdırılacaq təhlükəsizlik kameralar qaranlıq mühitlərdə aydın görüntülər yaza, gecə görmə qabiliyyətinə malik olmalı və həftənin 7 günü 24 saat fasiləsiz qeyd apara bilməlidir.
Kamera sistemləri quraşdırmayan iş yerləri Cinayət Qanununun "sifarişə zidd davranış" maddəsinə uyğun olaraq cəzalandırılacaq.