Səhər qəzeti

Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var

Tarix:5-10-2024, 21:29
Baxış Sayı:0

 

Honq-Konqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.

Bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamentinin sağlamlıq mühafizəsi mərkəzi məlumat yayıb.

Bildirilib ki, Honq-Konq sakinləri ST283 ştammına yoluxublar. Epidemioloji tədqiqatlar 75 nəfərin simptomlar görünməzdən əvvəl çiy şirin su balıqları ilə qidalanıblar.

Xəstəxanaya yerləşdirilən 91 xəstədən 43-nün vəziyyəti stabil, daha 4 nəfərin vəziyyəti isə ağırdır.

Qeyd edilib ki, həkimlər 4 nəfəri xilas edə bilməyiblər. Xəstələrin 40%-i artıq tibb müəssisələrindən evə buraxılıb.

Digər xəbərlər
XƏBƏR LENTİ