Tədqiqatçılar ilk dəfə nadir metalın su yaratdığını görə biliblər və hətta bunu videoya çəkiblər.
Bu barədə tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.
Bildirilib ki, proses palladium metalının suyun yaranması üçün katalizator kimi necə işləyə biləcəyini öyrənərkən məlum olub. Alimlər hidrogen və oksigen atomlarının birləşərək nanomiqyasda kiçik su qabarcıqları əmələ gətirməsi prosesini müşahidə ediblər.
Beləliklə, elm adamları palladium vasitəsilə suyun necə əmələ gəldiyini öyrəniblər və hətta bu prosesi sürətləndirə biliblər.
Onların sözlərinə görə, bu kəşf təkcə Yerdə deyil, həm də kosmosda su istehsalı üçün uzunmüddətli nəticələrə malikdir.