Səhər qəzeti

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: 12 gün davam edəcək

Tarix:2-10-2024, 08:36
Baxış Sayı:2

Oktyabrda üç maqnit qasırğası gözlənilir, ümumilikdə maqnit qasırğası 12 gün davam edəcək.

Mütəxəssislər maqnit qasırğasından tez təsirlənən insanlara mühüm tövsiyələr verib.

Beləki, maqnit fırtınaları başlamazdan əvvəl mütəxəssislər baş ağrılarını aradan qaldırmaq üçün aspirin tableti qəbul etməyi məsləhət görürlər. Bununla yanaşı, bir stəkan suya bir neçə damcı valerian əlavə edə və ya başqa bir sakitləşdirici içə bilərsiniz. Koronar arteriya xəstəliyi və ya əvvəllər infarkt və insult keçirmiş insanlar üçün lazımi tabletlərin əlinin altında olması xüsusilə vacibdir.

Dərman müalicəsi ilə yanaşı, maqnit fırtınaları ilə mübarizənin digər üsullarına müraciət edə bilərsiniz. Səkkiz saatlıq yuxu, təmiz havada gəzinti və kontrastlı duş kömək edəcək. İstehlak olunan kalorilərin sayını da azaltmaq tövsiyə olunur.

Digər xəbərlər
XƏBƏR LENTİ