Səhər qəzeti

Şükürlər ideal insanlara məxsus…

Tarix:Dünən, 17:26
Baxış Sayı:8

 

Əgər tam ürəkdən gəlirsə, dilində şükür edib, xəyalında, yüksəklərdə uçanlara bu aid deyil. Yüksəklik də hər kəsin xəyalında eyni abidə deyil. Məncə insanlığın abidəsi gerçəklik, unudulmazlıq, mərhəmətin, gözü, toxluğun, səmimiliyyətin, can yananlığın, mehribanlığın, cəfakeşliyin, yaradıcılığın, şükürü unutmayıb mübarizəsini əskik etməyənin, varlığının hesabatını bilənin və öyrəntilərini əskik etməyənidir. Unutduğun nə isə qaldısa üzürlü hesab edin.
Şükürlər etdiklərimizin hər addımında əllərimizi yüksəkliyə ucaltmaqdır. Qəlbimizin səmimi duyğularını kainatın yaradıcısına çatdırmaqdır.
Bu ilahi tapşırıq deyil, insan amalının təcəssümüdür. Qəlblərin, dünyəvi borcların tilsimindən qurtaran bir rahatlıqdır.
Bunları kimin qəbul edib etməyəcəyini bilməsəm də, razılıq hissi yarantılarının sayı hesabı olmayacağına əminəm. Çünki belə olmasaydı dünyanın sonu çoxdan çatmış olardı.
Ən vacibi odur ki, şükürlər bizi durdurmasın, borclarımıza son verməyi düşündürməsin. O biri dünyaya borcsuz gedən olmayıb. Bu insanlığın sonu olmayıb. Ümidlər və şükürlər ilahinin məxsusluğuna da aiddir. Onun pilləsinə yetməyimiz onun təfəkkürü deyil. Bunu başa düşməyimiz belə yetər. İnsani varlıq dünyəvi varlığın əsasıdır.
İmtahanların sonuna əla qiymətlərlə çıxsaq… Bu qiymətin əsasını əbədi dünya verəcək. Buna inanmayanların da yeri məlumdur.
Nə edək?
Dünyəvi duyğuların əsasını əldə etmək nədən asılıdır?
Yenə də yaranışdan…Və dünyaya bağlantımızın əsaslarından.
Əsirlər boyu davam edən insan varlığının təməl daşlarından. Bu təməl daşları nə qədər möhkəm yaradılsa da, həyat sınaqlarında əzilənlər də var…
İmtahan budur…
Əzintini mi qəbul edək, qurtuluşu mu? İnsanların qəlbində yaranan fərqli dünyada bu sual eyni deyil. Əzintini, imahan, rəhm, qurtuluşu, inam, şükür hesab edənlərin sonu parlaqdır. O birilərdən uzaq olaq.

Sənubər Səhər



Digər xəbərlər
XƏBƏR LENTİ