"Mənim Oğlum Qəhrəmandır " layihəsi Oğuz , Şəki şəhid ailələri ilə. görüş keçirildi.
Layihənin rəhbəri Cəlal Qurbanov Azərbaycanın bölgələrində olan şəhid valideynləri ilə görüş təşkil etmişdi.
Görüş əvvəlcə Şəki Karvansaray tarixi abidəsində keçirilmişdi.
Tədbirdə iştirak edən şəhid ailələri Şəki şəhərində gözəl qarşılanmış, çay süfrəsi arxasında tədbir davam etmişdir.
Şəhid ailələri qədim tarixi abidəsi olan Şəki " Xan Sarayın" ziyarət etmişdir.
Şəhid ailələri karvanı sonra Oğuz elinə yola düşmüşdü.
Oğuzun Xaçmaz kəndində şəhid Nail İbrahimlinin evində ziyarətdə olmuşdur.
Tedbirde Oğuz rayon icra hakimiyyəti başçısı, hüquqi mühafizə orqanları əməkdaşları, idarə, müəssisə heyyətinin üzvləri, təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri