Səhər qəzeti

"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib

Tarix:25-09-2024, 15:02
Baxış Sayı:1

 

Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət "Azəristiliktəchizat" ASC-ə həvalə olunub.

 Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında" 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.

Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümündə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.

Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar "Azəristiliktəchizat" ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.

Qeyri-əhali istehlakçıları "Azəristiliktəchizat"ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16%-ni təşkil edir.

Digər xəbərlər
XƏBƏR LENTİ