Səhər qəzeti

500-ə yaxın ailəyə təhlükə yaradan problem

Tarix:30-07-2024, 17:29
Baxış Sayı:9

 

Abşeron rayonu Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, Əliağa Şıxlinski küçəsində yaşayan sakinlər kanalizasiya xətlərinin yarımçıq çəkilməsindən şikayətçidirlər.

Sakinlər iddia edirlər ki, 3 il əvvəl kanalizasiya xəttinin bir hissəsi çəkilsə də, qalan hissəsində işlər dayandırılıb. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, məsələ həllini tapmır. Antisanitariyadan əziyyət çəkən sakinlər deyirlər ki, ərazidə çirkab sularının töküldüyü quyu təhlükəli vəziyyət yaradır.

"Keçən dəfə bir nəfər bura düşüb boğuldu. 3-4 gün sonra kanalizasiyaya düşdüyünü bildik", - deyə şikayətçi bildirib.

Daha ətraflı Baku TV-nin materialında:


Digər xəbərlər
XƏBƏR LENTİ