İsveçin baş naziri Ulf Kristersson ukraynalı qaçqınların evlərinə qayıtması üçün ödənişlərin 900-dən 32 min avroya qədər artırılmasını dəstəklədiyini açıqlayıb.
Hökumət başçısı İsveçdə miqrantların könüllü getmələri üçün stimul olaraq onlara ödənilən maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılmasının təşəbbüskarı olduğunu bir daha vurğulayıb.
Mövcud şəraitdə miqrantlar hər yetkin üçün 900 avro məbləğində təzminat alırlar, lakin bu təşəbbüs gözləntiləri doğrultmayıb. İsveç Miqrasiya Agentliyinin məlumatına görə, 2023-cü ildə yetmiş müraciətdən yalnız biri müsbət qərar alıb.
Mövcud vəziyyəti düzəltmək üçün Nazirlər Kabineti maliyyə dəstəyinin məbləğini 32 min avroya çatdırmağı təklif edib. Bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Könüllü repatriasiya üçün maliyyə təşviqi proqramları onilliklər ərzində mövcud olsa da, Kristersson analoji tədbirlərin 22.000 nəfərlik hədəf auditoriyasına yönəldiyi Danimarka təcrübəsinə diqqət çəkib.