Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç sərhəd zonasında erməni həmkarı ilə bugünkü danışıqları konstruktiv adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Serdar Kılıç özünün "X" hesabında paylaşım edib.
"Biz Türkiyə ilə Ermənistan arasındakı sərhəd bölgəsində, səhər Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində görüşlərin beşinci raundunu keçirdik. Biz konstruktiv şəkildə normallaşma prosesinin bütün aspektlərini və perspektiv irəliləyiş imkanlarını müzakirə etdik", - deyə Serdar Kılıç paylaşımda yazıb və Ruben Rubinyanla görüşünün videosunu yayımlayıb.