Səhər qəzeti

Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır

Tarix:30-07-2024, 17:28
Baxış Sayı:4

 

Venesuelada keçirilən prezident seçkisinin nəticələri Latın Amerikasının doqquz ölkəsində narahatlıq yaradıb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkələrin yaydığı birgə bəyanatda qeyd edilib.

"Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador hökumətləri Venesuela Bolivar Respublikasında keçirilən prezident seçkisinin gedişindən dərin narahatlığını bildirir və müstəqil seçki müşahidəçilərinin iştirakı ilə onun nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb edirlər", - məlumatda bildirilib.

Qeyd edək ki, Venesuelada prezident seçkisi iyulun 28-də keçirilib. Protokolların 80%-nin emalından sonra açıqlanan nəticələrə əsasən, Nikolas Maduro 51,2% səslə seçkidə qalib gəlib.

Digər xəbərlər
XƏBƏR LENTİ