Səhər qəzeti

Birotaqlı mənzillərə tələbat artıb

Tarix:18-09-2024, 09:04
Baxış Sayı:3

 

Bakıda son illər daşınmaz əmlakın kəskin bahalaşması fonunda kiçik həcmli mənzillərə tələbat artıb.

2, 3 və 4 otaqlı mənzillərin qiymətlərinin həddindən artıq yüksək olması, nisbətən ucuz təklif edilən 1 otaqlı, kiçik kvadratlı evlərin satışını sürətləndirib.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda mərkəzi ərazilərdə, yeni tikili binalarda 3 və 4 otaqlı mənzillərin qiyməti 250 min manatdan başlayaraq, ortalama 600-700 min manat arasında dəyişir.

Son illərdə əmlakların kreditlə satılması imkanlarının artması və güzəştli ipotekanın maksimum məbləğinin 100 min manat olması bu cür mənzillərin satışını artırıb.

O da bildirilib ki, artıq MTK-lar da kiçik həcmli mənzillərə tələbatın çoxluğu səbəbindən bina tikərkən buna xüsusi diqqət yetirir və nisbətən kiçik həcmli evlərin sayını artırırlar.

Digər xəbərlər
XƏBƏR LENTİ