Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata qeyd olunur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, onun “qara kassa”sı və rayonda korrupsiya əməllərinin başında duran Nurlan Həsənov yaxın günlərdə həbs ediləcək. Bunlarla yanaşı Nurlan Həsənovun yaxını Abşeron sahibkarlarını İcra başçısı adından tez-tez “soyan”, vaxtiylə korrupsiya əməllərinə görə Ekologiya nazirliyindən qovulan Namiq Yusifovda cinayət məsuliyyətinə cəlb ediləcək.
Xatırladaq ki, Abidin Fərzəliyev Abşerona icra başçısı təyin edildikdən sonra bir sıra icra nümayəndəsinə və bələdiyyə sədrinə cinayət işi qaldırılıb. Rayonun Mehdiabad qəsəbə icra nümayəndəsinin rüşvət alarkən həbsi buna misal ola bilər. O zaman İcra başçısının “qara kassa”sı Nurlan Həsənov məsuliyyətdən yayına bilmişdi. Son zamanlar Abşeronda artan narazılıq özünə ev tikmək istəyən vətəndaşlardan külli miqdarda rüşvət tələb etmələr, qanunsuz bina və obyekt tikənlərin böyük pullar hesabına himayə olunması və bu kimi qanunsuzluqlar mənbəmizin məlumatını həqiqət olduğuna işarə edir. Qeyd edək ki, Abidin Fərzəliyev bir çox qohum əqrabasını ev tikən vətəndaşların mülklərinin sökülməsinə cəlb edərək qoçu dəstəsi yaradıb. Bu qoçu dəstəsinə başçının sağ əli Nurlan Həsənov başçılıq edir.
Apardığımız araşdırmalardan Abşeronda narazı vətəndaşların şikayətlərinə baxılmır. Bu zaman vətəndaş daha yuxarı instansiyalara və ölkə başçısına müraciət edir. Əsas hadisələrdə bundan sonra cərayan etməyə başlayır. İcra başçısı Abidin Fərzəliyev qoçu dəstələrini səfərbər edərək haqlı olan vətəndaşa qarşı təzyiq və təhdidlərə başlayır. BU təcrübədə işə yaramadıqda Abidin müəllimin ştatdankənar işçiləri vətəndaşı şantaj edir. İstənilən halda qanunsuz tələbini icra etdirən İcra başçısı rayonun kənd və qəsəbələrində bir mərtəbəli ev üçün 5000 manat, iki mərtəbəli ev üçün isə 10 min manat tələb edir. Abşeronda bina tikmək istəyən sahibkarlar razılıq əldə etmək üçün İcra başçısının sağ əli Nurlan Həsənovun qəbulunda olaraq onu razı salmalıdırlar. Mərtəbəsindən asılı olaraq Nurlanın tələb etdiyi rüşvət minimum olaraq 300 min manatdan başlayır. Abşeronda gündən-günə artan etirazlar fonunda icra başçısı və onun qoçu dəstəsinin həbs ediləcəyi ilə bağlı yayılmış xəbərlər sadə vətəndaşlar arasında sevinclə qarşılanmaqdadır. İnsanları cana yığan dəstənin tezliklə cəzalanacağına bizdə ümid edirik. Mövzuya qayıdacağıq.