Səhər qəzeti

Pensiya alanlara ŞAD XƏBƏR: bu qədər artırılacaq

Tarix:12-09-2024, 14:30
Baxış Sayı:1

 

2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır.

Bu barədə VI çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

“2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

Digər xəbərlər
XƏBƏR LENTİ