Səhər qəzeti

Dünyanın ən qədim insan məzarları tapıldı

Tarix:11-09-2024, 08:33
Baxış Sayı:2

 

Malayziya Milli Universitetinin arxeoloqları ölkədə ən qədim insan məzarlarını aşkar ediblər.

Bu barədə "Live Science" portalı məlumat yayıb.

Qeyd edilib ki, onların yaşı 16 min ilə çatır.

Alimlər Kuala-Lumpurun paytaxtından 215 kilometr aralıda yerləşən Nenggiri vadisində mağaraları araşdırarkən belə bir kəşf ediblər.

Mütəxəssislərin fikrincə, tapılan qalıqlar və bir çox artefaktlar neolitdən əvvəlki dövrdə mövcud olmuş Hoa Binh ovçu-toplayıcılarına məxsus olub.

Hoa Binh xalqı daş alətlər hazırlamaqda mahir idi və sonradan Cənub-Şərqi Asiyada əhliləşdirilən bir çox yabanı bitki yeyirdi.

Komanda 13 əhəngdaşı mağarasında cəmi 16 qəbir tapıb. Bundan əlavə, orada cilalanmış daşdan, saxsı qablardan, qırmızı oxra və kristallardan hazırlanmış alətlər və zərgərlik məmulatları da daxil olmaqla 71 mindən çox tarixdən əvvəlki dövrə aid artefakt aşkar edilib.

Alimlər hesab edirlər ki, bu əşyaların çoxu qəsdən mərhumla birlikdə dəfn mərasimlərinin bir hissəsi kimi basdırılıb.

Digər xəbərlər
XƏBƏR LENTİ