Bugün Füzuli rayonunun İşıqlı kəndində 32 illik işğaldan sonra kənd sakinlərinin və ictimaiyyətin iştirakı ilə yığıncaq keçirilib. Tədbirdə bu kənddən olan 16 şəhid xatirəsi yad edilib, şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçıları ilə səmimi görüşlər olub.
İşıqlı kəndi qəhrəmanlıq tarixinə 17 şəhid, 20 qazi və 117 Vətən Müharibəsi iştirakçısı verib. Tədbirdə Azərbaycan Respublikası İctimai Nəzarət Koalisiyasının nümayəndələri də iştirak edib.
Görüşlər zamanı şəhid anaları, qəhrəman qazilər və yerli əhali ilə səmimi söhbətlər aparılıb, dərin hörmət və minnətdarlıq hissləri ifadə edilib. Yığıncaqdan sonra xatirə şəkilləri çəkilib.
Bu cür tədbirlər bizim üçün şəhidlərimizin xatirəsini əbədiləşdirmək və Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımıza olan borcumuzu bir daha xatırlatmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Xalqımızın birlik və dayanıqlılığı, şəhidlərimizin yadigarına sadiq qalmağımız gələcək nəsillər üçün ən qiymətli dəyərdir. İşıqlı kəndinin qəhrəmanlıq tarixi bizə vətən sevgisinin, müqavimət ruhunun canlı nümunəsidir. Bu kimi görüşlər cəmiyyətimizdə milli birlik və vətənpərvərlik hisslərini daha da gücləndirir.
Şəhidlər ölməz, Vətən əbədidir!