Səhər qəzeti

Yer kürəsində güclü maqnit qasırğası başladı

Tarix:Bu gün, 13:57
Baxış Sayı:1

 

Yer kürəsində güclü maqnit qasırğası başlayıb. 

"Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun fikrincə, planetin geomaqnit sahəsi bazar ertəsinə qədər zəif aktivlik vəziyyətində qalacaq.

"Ötən gecə Günəşdəki başqa bir tac dəliyindən gələn günəş küləyi planetimizin kosmik havasına təsir göstərməyə başlayıb. Gecə yarısından sonra bu küləyin yaratdığı planetlərarası maqnit sahəsinin konfiqurasiyasında baş verən dəyişikliklər Yerin maqnitosferində cüzi pozulmalara səbəb olub", - deyə Leus öz "Telegram" kanalında bildirib.

Meteoroloq əlavə edib ki, bazar ertəsinə qədər Yer kürəsi daha sürətli və sıx günəş küləyi axınının təsiri altında olacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ