Tacikistanın Moskvadakı səfirliyi respublika vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.
Bununla bağlı bəyanat səfirliyə məxsus "Telegram" kanalında yayımlanıb.
Sənəddə bu xəbərdarlıq Rusiyanın quru və hava keçid məntəqələrində xarici vətəndaşların ölkəyə girişinə gücləndirilmiş nəzarət rejimi tətbiq etməsi ilə izah edir.
Tacikistan səfirliyi başqa təfərrüatları açıqlamayıb.